Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovdur. Məsələ ilə bağlı Nəzrinin atası Emin Babayevin və qızın özünün verdiyi açıqlamalar isə bir-birini təkzib edir.
Emin Babayev bildirib ki, qızı zorla qaçırılıb. Onun sözlərinə görə, 16 yaşlı məktəbli Nəzrin heç bir iradəsi olmadan, Turab Tahirov tərəfindən aldadılaraq, ailəsindən uzaqlaşdırılıb:
“Bu hadisə ailəmizə ağır zərbə vurdu. Qızımın uşaqlıqdan tanıdığı, ona dini dəyərlər adı altında yaxınlaşan bir adam tərəfindən aparılması həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir. Nəzrin 16 yaşındadır. Hələ təhsili davam edir. O, gələcəyindən xəbərsiz bir qızdır. Turab onu zorla aparıb.”
Den.az-a məlumat verən Turab Tahirovun yaxınları bildiriblər ki, hadisədən sonra Nəzrin polisə ifadə verib.
Belə ki, Nəzrin Babayeva tam fərqli məqamları qeyd edib. Qızın dediyinə görə, o, Turab Tahirovu sevir və onunla birgə olmağı öz istəyi ilə seçib:
“Heç kim məni zorla qaçırmayıb. Öz istəyimlə Turabla getmişəm. Onu sevirəm və birlikdə ailə qurmaq istəyirik. Atamın dedikləri ilə razı deyiləm. Bu, mənim şəxsi qərarımdır.”
Bu açıqlama sosial şəbəkələrdə və ictimaiyyət arasında mübahisələrə səbəb olub. Bir tərəf bu hadisəni azyaşlıların istismarına yönəlmiş təhlükəli bir presedent kimi qiymətləndirir və hüquq-mühafizə orqanlarını məsələyə dərindən yanaşmağa çağırır. Digər tərəf isə gənc qızın öz istəyi ilə seçdiyi həyat yoluna hörmətlə yanaşılmalı olduğunu düşünür.
Hüquqşünasların fikrincə, burada əsas məsələ Nəzrinin yaşının 18-dən aşağı olmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslə hər hansı nikah münasibətinin və ya birlikdə yaşamağın hüquqi və cinayət məsuliyyəti doğurması mümkündür.
Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır. Həm qızın, həm də onun ailəsinin ifadələri, eləcə də Turab Tahirovun rolu istintaq çərçivəsində dəyərləndirilir.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










