Qadın piyada təhlükə yaratdı, ardınca sürücüylə mübahisə etdi - VİDEO

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qayda pozan piyada motosiklet sürücüsünə çətin anlar yaşadıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücü “TikTok” sosial şəbəkə hesabında paylaşım edib. Kadrdan da göründüyü kimi, orta yaşlı qadın yolu təyin olunmamış yerdən qaçaraq keçib. Bu vaxt o, həm özünü, həm də hərəkətdə olan motosiklet sürücüsünü təhlükəyə atıb. Sürücü siqnal verərək ona xəbərdarlıq etsə də piyada hərəkətinə davam edib. Daha sonra moto kuryer “Buradan yolu keçərlər? Az qala sizi vurmuşdum. Yaxınlıqda keçid var, oradan keçməlisiniz” deyərək piyadaya iradını bildirib. Lakin qayda pozan qadın “Digər sürücülər yol verdi keçdim” söyləyərək törətdiyi əmələ haqq qazandırıb.
Qəzadan son anda xilas olan motosiklet sürücüsü sonda məsələylə bağlı fikirlərini bölüşüb. O, bu halla sıx qarşılaşdığını və çox vaxt sürücülərin qınanıldığını qeyd edib: “Qara Qarayev, Neftçilər, Əhmədli və Həzi Aslanovda maksimum ehtiyatlı olmaq lazımdır. Qeyd etdiyim ərazilərdə piyadalar tez-tez qayda pozaraq təhlükə yaradırlar. Yaxınlıqda piyada keçidləri olsa da onlar avtomobillərin intensiv hərəkətdə olduğu yoldan istifadə edirlər. Özlərini riskə atmaqları bir kənara sürücülərin həyatını məhv edirlər.
Yolu keçəndə son dərəcə diqqətli olmaq, nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra hərəkət etmək lazımdır. Qəza şəraiti yaranan zaman sürücü nə qədər stress keçirir. Piyada vurulanda da adətən sürücülər, xüsusilə motosiklet sürücüləri təqsirkar hesab olunur.
Paylaşdığım videoda 60 km/saatdan aşağı sürətlə motosikleti idarə edirəm. Qəzanın qarşısını almaq üçün tormoz verdim və nəqliyyat vasitəsi sürüşdü. Motosikletin tormoz sistemi avtomobildəki kimi deyil. İstər-istəməz sürüşmə qeydə alınır”.
Nərmin
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO










