Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hücum nəticəsində iki nəfərin yaralandığı bildirilib. “Qara dənizdə hücuma məruz qalan Türkiyəyə məxsus gəmidə iki vətəndaşımız yaralanıb. Vəziyyət yaxından izlənilir”, - nazirliyin açıqlamasında deyilir. Hadisə ilə bağlı bəyanat yayan Türkiyə XİN, Rusiya–Ukrayna müharibəsində gərginliyin artmasının Qara dənizdə regional təhlükəsizliyi zədələdiyini və ölkənin maraqları üçün təhdid yaratdığını vurğulayıb. Nazirlik bölgədə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bildirərək, bütün tərəfləri gərginliyi azaltmağa yönəlmiş addımlar atmağa çağırıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












