Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, çaya sel gəlməsi və körpünün yaxınlığından keçən yolun da yararsız hala düşməsi ilə iki sahil arasında gediş-gəliş kəsilib. Bəzi sakinlər çayın üzərindən 20-25 metr hündürlükdən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır ki, bu da onların həyatları üçün çox təhlükəlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, sel nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.
“Əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb. Vətəndaşların hərəkəti alternativ yol mövcuddur və bu yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək”.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












