“Qarajımızı qanunsuz söküblər, illərdir 14 minlik təzminatı ala bilmirik” - FOTOLAR

“2022-ci il oktyabrın 1-də Xətai rayonu Xudu Məmmədov küçəsi 29 ünvanındakı qarajımı bütün qanuni sənədlərimin olmasına baxmayaraq, söküblər. Əlimizdə məhkəmə qərarı olsa da, hələ də qaraja görə dəyən zərərin ödənişini ala bilmirik”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Xətai rayon sakini Cəmilə Ağayeva müraciət edib.
Onun sözlərinə görə, məhkəməyə müraciət olunub və təxminən 2 il davam edən prosesdən sonra Bakı İnzibati Məhkəməsi ona 13 920 AZN vəsaitin ödənilməsi ilə bağlı qərar çıxarıb: “Məhkəmənin 2024-cü il martın 11-də qanuni qüvvəyə minmiş qərarı ilə qarajın söküntüsünü həyata keçirən Xətai Rayon İcra Hakimiyyəti mənə 13 920 AZN dəymiş zərəri ödəməlidir. Lakin 3 ilə yaxındır məhkəmə qərarının olmasına baxmayaraq, pulumu vermirlər. Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişəm, amma məsələ həllini tapmır...”
Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla bağlı müvafiq qurumlara müraciət edilib. Vəsait ayrılandan sonra məhkəmənin qərarı icra olunacaq.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












