Qardaş bacısına yaxınlaşan oğlanı döydü - Goranboyda toyda dava

Goranboyda toy məclisində baş verən mübahisə cinayətlə nəticələnib. Avtosfer.az "Demokrat.az"a istinadla xəbər verir ki , hadisə Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən şadlıq sarayında baş verib. 2005-ci il təvəllüdlü Xalid şadlıq sarayında keçirilən qohumunun toy mərasimində iştirak edib. Həmin toyda iştirak edən Zahid Xalidin bacısı Süsənə (adlar şərtidir – red.) tanış olmaq və münasibət qurmağı deyib. Süsən isə bu məsələni qardaşı Xalidə deyib. Xalid isə Zahidi şadlıq sarayının zalından çıxarıb. Orada mübahisə yaradaraq Zahidin sinə nahiyyəsinə bir təpik zərbəsi vurub, onu döyüb. Xalidin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. Goranboy Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










