Qatar relsdən çıxdı - Ölənlər var - YENİLƏNİB

"Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarın iyulun 27-də axşam saatlarında Baden-Vürttemberq əyalətində qəzaya uğraması nəticəsində azı dörd nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, “Bild” qəzetinin yaydığı məlumatda hadisə nəticəsində 4 nəfərin həlak olduğu, 34 nəfərin xəsarət aldığı qeyd edilib. Qəza nəticəsində qatarın iki vaqonu relsdən çıxaraq meşəlik əraziyə aşıb. Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.
İçərisində təxminən yüz sərnişinin olduğu qatar Ulm şəhəri istiqamətində hərəkətdə olarkən Biberax şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadaları, o cümlədən 6 helikopter cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır. Hadisənin torpaq sürüşməsi nəticəsində baş verdiyi bildirilir. İlkin məlumata görə, sürüşmə nəticəsində relslərin üzərinə düşən torpaq və daşlar sürətlə hərəkət edən qatarın relsdən çıxmasına səbəb olub. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib.
Almaniya Kansleri Fridrix Merts X hesabındakı səhifəsində paylaşım edərək, hadisədən sarsıldığını, daxili işlər və nəqliyyat nazirləri ilə sıx əlaqədə olduğunu bildirib, həlak olanların yaxınlarına başsağlığı verib.
***27 iyul, 22:52
Almaniyada qatar relsdən çıxıb.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində bir neçə nəfər ölüb.
Qurbanların dəqiq sayı hələlik məlum deyil, lakin vaqonlarda 100-ə yaxın sərnişin olub.
Qəzanın səbəbləri bilinmir, xilasetmə əməliyyatı aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












