Banner

Qaxda yeddi nəfər xəstəxanalıq oldu - YENİLƏNİB

Hadisə 1 Noyabr 2026 09:00
Qaxda yeddi nəfər xəstəxanalıq oldu - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb.

İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.

AQTA bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyənləşdirilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.

***22:43

Qaxda yeddi nəfər qidadan zəhərlənib.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə altı kişi və bir qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfər (bir kişi və bir qadın) ambulator müalicə üçün evə buraxılıb.

Digər beş kişi isə daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmənin göbələkdən qaynaqlandığı ehtimal olunur.

Oxunub : 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh