Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Hadisə
13 Oktyabr 2026 17:00

Paytaxtın Binəqədi rayonunda qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, orta yaşlı kişi yolu müəyyən olunmamış yerdən keçərək həm özünü, həm də sürücüləri təhlükə qarşısında qoyub.
Belə ki, yolun ortasında dayanan piyada hər iki istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olub. Hətta o, yaxınlaşan avtomobilin sürücüsünə əl işarəsi ilə dayanaraq ona yol verməsini bildirib. Lakin görüntünü qeydə alan sürücü piyadanın bu hərəkətinə baxmayaraq yoluna davam edib.
Qeyd edək ki, yolu müəyyən olunmuş yerlərdən keçmək həm piyadaların təhlükəsizliyi, həm də nəqliyyatın normal hərəkəti baxımından vacibdir.
Nərmin
Oxunub : 1234
DİGƏR XƏBƏRLƏR
10 Noyabr 2026 10:42
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
9 Noyabr 2026 23:30
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
9 Noyabr 2026 13:11
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
6 Noyabr 2026 18:30
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
6 Noyabr 2026 14:00
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
6 Noyabr 2026 11:14
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
6 Noyabr 2026 11:06
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
6 Noyabr 2026 10:44
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
5 Noyabr 2026 18:26
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
5 Noyabr 2026 17:16
Dehli yenə gözəgörünməz oldu
5 Noyabr 2026 14:00
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
5 Noyabr 2026 12:23
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ












