Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirdi

Avqustun 29-da, saat 19:30 radələrində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının yoluna Ləki stansiyası yaxınlığında qəfil insan çıxıb.
Avtosfer.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən şəxs həyatını itirib.
"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə səhmdar cəmiyyəti bəyan edib.
"Report"un Yuxarı Şirvan bürosunun əldə etdiyi məlumata görə, vəfat etmiş şəxs Ağdaş rayonunun Kotanarx kənd sakini 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğludur. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












