Qeyri-etik ifadə üstündə dostunu QƏTLƏ YETİRDİ - Bakıda qanlı hadisə - FOTO

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əlimərdan Topçubaşov küçəsində qeydə alınıb. İlkin məlumata görə, qonşuluqda yaşayan və uzun illərdir bir-birini tanıyan iki nəfər arasında mübahisə faciə ilə nəticələnib. İddialara görə, 34 yaşlı Mahmud Əliyev 44 yaşlı tanışı Rüfəti yaşadığı mənzildən küçəyə çağırıb. Mübahisə zamanı Mahmud Əliyev tanışına bıçaqla zərbə endirib. Ağır xəsarət alan Rüfət hadisə yerində həyatını itirib. Yaxınlarının sözlərinə görə, mərhum subay olub. Hadisəni törətməkdə şübhəli bilinən Mahmud Əliyev isə bir müddət əvvəl ailəsindən ayrılıb və psixoloji gərginlik içərisində olub. Qonşuların bildirdiyinə görə, tərəflər arasında əvvəllər də müəyyən narazılıqlar yaşanıb. İddialara əsasən, son mübahisəyə səbəb Rüfətin Mahmud Əliyevə ünvanladığı qeyri-etik ifadə olub. Bundan sonra onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Mahmud Əliyev saxlanılıb.
Araşdırma aparılır.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












