Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi

Qubada "Azəriqaz" əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Lakin xoşbəxtlikdən, qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı Orxan Salamov (ad və soyad şərtidir) məsuliyyətə cəlb olunub.
İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək olub. O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, bir ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır. Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq imzasını çəkib.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Orxan Salamov ifadəsində zəhərlənmə olan evə baxış keçirmək istəsə də, qapının bağlı olduğunu deyib:
"Yoxlama üçün həmin evə yaxınlaşdıq, amma qapısı bağlı idi. Ev sahibinin nömrəsini qonşulardan öyrəndim. İşimiz çox idi deyə digər işlərimizi görüb yenidən həmin evə qayıtdıq. Ev sahibi barəsində öyrəndiyim məlumatları mənə verilən müayinə kağızına yazıb, imza yerinə də öz imzamı qeyd etdim. Daha sonra həmin evdə zəhərlənmə hadisəsi oldu və prokurorluqda saxta akt tərtib etdiyimi etiraf etdim".
Orxan yaşının az olduğunu və əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən tərəf də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Quba Rayon Məhkəməsinin qərarı ilə Orxan Salamov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il doqquz ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












