Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma çərçivəsində atın sahibi polis şöbəsinə dəvət olunub. O, izahatında bildirib ki, sözügedən atı təxminən 5-6 il əvvəl Şamaxı rayonundan alıb. Atı aldığı zaman da onun gözünün hazırkı vəziyyətdə olduğunu və heyvanın bu vəziyyətdə ona satıldığını bildirib.
***24 avgust, 18:50
Qusar rayonunun Laza kəndində heyvana işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, video sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan heyvanın gözünün bıçaqla çıxarıldığı görünür. Sosial şəbəkə istifadəçilərinin iddiasına görə, hadisəni heyvana baxan şəxs törədib. Buna səbəb kimi itin bostana girməsi göstərilir.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlara ağrı, əzab və işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi heyvanlarla rəhmsiz rəftar hesab olunur. Belə əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda fiziki şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilə bilər. Heyvanın tələf edilməsi halında isə 1500 manatdan 2000 manatadək cərimə və ya işin hallarından asılı olaraq bir ayadək inzibati həbs tətbiq oluna bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












