Reanimasiyada olan Milli Qəhrəmanın son durumu: Dəqiq diaqnoz qoyulmayıb

Bir müddət öncə səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti ağır olaraq qalır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam edən Ehtiram Əliyevə dəqiq diaqnoz qoyulmayıb.
Səhhətində yaranan problemin nədən qaynaqlandığını müəyyən etmək məqsədilə müxtəlif analizlər götürülüb.
Reanimasiyada olan Milli Qəhrəmanın səhhəti ağırlaşmaqda davam edir.
Xatırladaq ki, Ehtiram Əliyev 18 oktyabrda "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilib, orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulub. Daha sonra onun müalicəsi bu xəstəxananın Terapiya şöbəsində davam etdirilib.
Lakin vəziyyəti daha da pisləşdiyi, kəskin çəki itirdiyi və davamlı qanaxması olduğu üçün noyabrın əvvəlində müalicəsini davam etdirmək məqsədilə Milli Onkologiya Mərkəzinə köçürülüb.
Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texnikumunu və "Təfəkkür" Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir. Bir qızı, iki oğlu var.
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO












