Banner

Restoran kuryerləri sakinlərə təhlükə yaradır - Səkini zəbt edirlər - VİDEO

Hadisə 4 Noyabr 2026 11:53
Restoran kuryerləri sakinlərə təhlükə yaradır - Səkini zəbt edirlər - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda restoran kuryerlərinin motosiklet və mopedləri səkidə saxlaması sakinlərin narazılığına səbəb olub. Söhbət Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 68 ünvanında yerləşən "Şeyx Lahmacun" restoranından gedir.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, restorandan sifariş daşıyan kuryerlər motosiklet və mopedlərini səkidə saxlayaraq piyadaların hərəkətinə mane olurlar. Bu isə ərazidə insanların gediş-gəlişini çətinləşdirir.

Bundan başqa, kuryerlərin mopedlərlə səki üzərində hərəkət etməsi piyadalar üçün təhlükə yaradır. Xüsusilə ərazidə yaşayan azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə olunur.

Sakinlər aidiyyəti qurumların məsələyə diqqət yetirməsini, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasını istəyirlər.

 

 

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh