Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü

Lənkəran rayonunda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun böyük kəndlərindən birində qeydə alınıb.
Polisə müraciət edən qadın avtomobilinin təqib olunduğunu və tanımadığı şəxsin onun evinə kimi gələrək xuliqanlıq hərəkətləri etdiyini bildirib.
Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü F.Abışov (şərti) saxlanılıb. Məlum olub ki, o, həmin gecə Lənkəranda sahil ərazidə yerləşən obyektlərin birində ad günü məclisində iştirak edib və gecə saat 04 radələrində Xəyal adlı tanışına məxsus “Hyundai Grandeur” markalı avtomobillə oranı tərk edib. F.Abışov maşınla Şilavar kəndindən keçərkən işıqforda dayanan və xanım sürücünün idarə etdiyi avtomobili görüb. Psixatrop maddənin təsiri altında olan şəxs qadının avtomobilini təqib etməyə, işıq siqnalı verərək onu dayandırmağa çalışıb. Qorxu keçirən sürücü maşını yaşadığı evədək sürüb və pəncərələrini bağlayaraq nəqliyyat vasitəsindən enməyib. Bu zaman onun əri və digər şəxslər küçəyə çıxıblar və tərəflər arasında insident baş verib.
Polis tərəfindən saxlanılan F.Abışov şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qadına yaxınlaşmaqda məqsədi sataşmaq deyil, yol soruşmaq olub.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 1 aylıq həbs edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












