Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb

Azərbaycanın hüquq-mühafizə orqanları rusiyalı həmkarlarından Rusiyada həbs edilmiş, Azərbaycanda terrorçuluq və digər cinayətlər məqsədilə təlimlər keçirməkdə təqsirləndirilən şəxsin ekstradisiyasını xahiş ediblər. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məhkəmə materialına istinadən məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfi törətdiyi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqsirəndirilən şəxsin ekstradisiyasını tələb etmək niyyətini təsdiqləyib. Məhkəmə materialında qeyd olunub ki, hazırda təqsirləndirilən şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına ekstradisiyasına aşkar maneə yoxdur. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın sorğusu əsasında qiyabi həbs edilən və həmin ölkədə axtarışda olan şəxsi saxlayıblar. O, respublikada terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda ittiham olunur. Moskva məhkəməsi Azərbaycanın sorğusu əsasında saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












