Rusiyada iri zavod VURULDU

Ukrayna Silahlı Qüvvələri avqustun 1-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufadakı "Başneft-Ufaneftexim" neft emalı zavoduna, eləcə də Krım və Ukraynanın cənubunda yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirib.
Avtosfer.az xəbər verir ki, “ASTRA” kanalı xəbər verir ki, zərbə nəticəsində Ufadakı neft emalı zavodunda yanğın başlayıb.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krım və Ukraynanın cənubunda yerləşən Rusiyanın bir sıra hərbi obyektlərinə də zərbələr endirildiyini açıqlayıb.
Bildirilib ki, əsas hədəflərdən biri Krımın Çornomorskoye qəsəbəsində yerləşən pilotsuz dəniz katerlərinin bazası olub. Ukrayna tərəfinin məlumatına görə, burada Qara dənizdə döyüş və xüsusi əməliyyatlarda istifadə olunan katerlər saxlanılır, hazırlanır və onlara texniki xidmət göstərilirdi.
Baş Qərargahın məlumatına əsasən, Çonqar yaxınlığındakı Sivaş dəmir yolu körpüsü və Vladislavovka yaxınlığındakı daha bir dəmir yolu körpüsü də vurulub. Qeyd olunub ki, bu körpülər işğal altındakı Krımla Ukraynanın cənubundakı işğal olunmuş ərazilər arasında canlı qüvvə, hərbi texnika, silah və sursatın daşınmasında istifadə olunan mühüm logistika marşrutlarıdır.
Ukrayna ordusu həmçinin Sevastopolda Rusiya Qara dəniz donanmasının radioelektron kəşfiyyat bölməsinə zərbə endirildiyini açıqlayıb.
Bundan başqa, Krımın Pervomaysk rayonunda təmir-bərpa bazası, Xerson vilayətinin işğal olunmuş hissəsində Podovoye yaxınlığında maddi-texniki təminat anbarı və Zaporojye vilayətinin Tokmak rayonu yaxınlığında pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın da vurulduğu bildirilib
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












