Sabiq nazir həbs edildi - Bu ölkədə

Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra “Kapital bazarı haqqında” qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.
Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.
İstintaqın əsasını “Özata Denizcilik” şirkətinin OZATD səhmləri üzrə əməliyyatlar təşkil edir. Türkiyə mediasında yayılan mlumata görə, səhmlərin alınması və ötürülməsi barədə məlumatlar istintaq materiallarında göstərilib. Belə ki, Kaya 2026-cı ilin aprelində təxminən 250 min OZATD səhmi alıb. Onun əri İlyas isə təxminən 150 min səhm əldə edib. Səhmlər avqust və sentyabr aylarında satılıb. Cütlüyün əməliyyatları nəticəsində təxminən 2,17 milyard TL-lik (43,26 milyon ABŞ dolları) satış həyata keçirildiyi bildirilir.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












