Sabirabad xəstəxanasında səhlənkarlıq İDDİASI: Təcili Tibbi Yardım maşınları çağırışa getmir? - VİDEO

Sabirabad rayonunda yaşayan vətəndaş Təcili Tibbi Yardım (TTY) maşınlarının çağırışlara gəlməməsindən narazılıq edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, təcili yardıma ehtiyacı olan vətəndaş 103 xidmətinə zəng edib kömək istəsə də, dispetçerlər tərəfindən TTY maşınlarının çağırışda olduğu bildirilib. Lakin xəstəxanaya üz tutan narazı vətəndaş başqa mənzərə ilə rastlaşıb:
"Mənə deyirlər ki, TTY maşını yoxdur, amma səkkiz maşın dayanıb xəstəxananın həyətində", - deyə şikayətçi bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sabirabad rayonu üzrə təcili tibbi yardım stansiyasında videomaterialı lentə alan şəxsin müraciəti zamanı bütün briqadalar digər çağırışların icrası ilə məşğul olub.
"Videgörüntünü qeydə alan şəxs 20 yanvar saat 19:41-də təcili tibbi yardıma "xəstəmiz var" səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib. Daha sonra isə stansiyanın həyətinə daxil olaraq çəkiliş aparmağa başlayıb.
Qeyd edək ki, təcili tibbi yardım xidməti xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibbi avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.
Təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir. Çünki ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır.
Yəni təcili tibbi yardıma müraciət daxil olduqda, çağırış ünvanına yollanacaq ambulans tibbi və texniki baxımdan komplektləşdirilməlidir.
Digər hallarda xidmətdən kənar ambulanslar təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində park olunur", - deyə məlumatda vurğulanır.
(oxu.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












