Sabirabadda yas yerinə gedən şəxs xuliqanlıq etdi, həbs olundu

Sabirabad rayonunda xırda xuliqanlıq edən şəxs inzibati məsuliyyətə cəlb olunub.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.
Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Səlim Aydınov (ad-soyad şərtidir – red.) kənd ərazisində uca səslə nalayiq söyüşlər söyüb, həmçinin polisin qanuni tələblərinə tabe olmayıb.
Məlum olub ki, S. Aydınov küçədə telefonla ucadan nalayiq ifadələr işlədib. Həmin zaman orada xidmət edən polis əməkdaşları onu intizamlı olmağa dəvət etsələr də, o, buna əməl etməyib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
İş üzrə izahat verən S. Aydınov deyib ki, yaşadığı Bərdə rayonundan ailə üzvləri ilə birgə Salyan rayonunda yas mərasimində iştirak etmək üçün yola çıxıblar: “Sabirabad rayonu ərazisində səhv yola girdik. Avtomobildən düşərək mənə yolu izah etmiş şəxsə zəng etdim. Dəfn mərasiminə gecikdiyim və yolu səhv saldığım üçün əsəbiləşdim. Bu səbəbdən zəng etdiyim şəxslə nalayiq ifadələrlə danışdım, niyə yolu mənə səhv dediyini, indi necə getməli olduğumu soruşdum. Bu zaman polislər yaxınlaşaraq nalayiq ifadə işlətdiyimə görə bölməyə getməli olduğumu bildirdilər. Mən taksi ilə ailə üzvlərimi Salyan rayonuna yola saldım və bölməyə gəldim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, küçədə nalayiq ifadə işlətdiyinə görə əməlindən peşmandır.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S. Aydınov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 100 manat miqdarında cərimə olunub. İnzibati qaydada həbsdə saxladıldığı müddət həmin məbləğlə kompensasiya edilib.
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO








