Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir - VİDEO - YENİLƏNİB

Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü qadına kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qadının əri, 1990-cı il təvəllüdlü Namiq Əsgərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Baku TV-nin məlumatında qeyd edilib ki, Namiq Əsgərovla həyat yoldaşı, Durasan Əsgərova arasında ev üstündə mübahisə yaranıb. Tərəflərin təxminən yeddi aydır ayrı yaşadığı və onların birgə nikahdan iki qız övladının olduğu bildirilir.
Yaxınlarının iddiasına görə, Namiq Əsgərov valideynləri ilə yaşadığı fərdi yaşayış evini satmaq istəyib. Hadisə günü həmin ünvana gələn qadın evdə onun da payının olduğunu bildirərək satışdan əldə ediləcək puldan pay tələb edib. Bundan sonra ər-arvad arasında mübahisə başlayıb.
Mübahisəyə ailə üzvləri və qonşular müdaxilə edərək tərəfləri ayırmağa çalışıblar. Daha sonra Namiq Əsgərovun evdən mətbəx bıçağını götürərək həyat yoldaşına xəsarətlər yetirdiyi iddia edilir.
Yaralı qadın Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Ona döş qəfəsinin ön səthinin, sol qoltuqaltı nahiyəsinin boşluğa nüfuz etməyən, sol bazunun və çənə nahiyəsinin kəsilmiş-deşilmiş qanayan yaraları diaqnozu təyin edilib. Hazırda qadının müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***15:23
Sabunçu rayonunda bıçaqlanan şəxsin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-də saat 16:30-da xəsarət alması səbəbi ilə 1997-ci il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
"Ona döş qəfəsinin ön səthinin, sol qoltuqaltı nahiyəsinin boşluğa nüfuz etməyən, sol bazunun və çənə nahiyəsinin kəsilmiş-deşilmiş qanayan yaraları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb./oxu.az
***11:48
Sabunçu rayonunda boşanmaq istəyən gəlinin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən qayınatası deyil, gəlinin əri olub.
Belə ki, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, əri 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***11:36
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü D.Əsgərova qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çox sayda bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdikləri məlumatlara görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










