Salona icazəsiz getdiyinə görə bacısını bıçaqlayan qardaşa ağır cəza

Bacısını ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra elan edilən hökmlə M.İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
İttiham aktına görə, Məhəmməd İsmayılov ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bacısına beş bıçaq zərbəsi vurub.
Xəstəxanaya vaxtında çatdırılan xanımın həyatını xilas etmək mümkün olub.
Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












