Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO

Sosial şəbəkələrdə yayılan videoda Salyan rayonunda bazarda meyvə satan qadının almanı tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı təmizlədikdən sonra yenidən piştaxtaya qoyduğu əks olunub.
Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın gigiyena qaydalarına zidd olduğunu və alıcıların sağlamlığı üçün risk yarada biləcəyini bildirib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı videoda görünən satıcı - Salyan bazarında uzun illərdir göyərti satışı ilə məşğul olan Xatirə Həşimova Bizim.media-ya danışıb.
O bildirib ki, almaları satış üçün deyil, nəvələri üçün alıb və çirkli olduğu üçün təmizləmək istəyib.
Bazardakı digər satıcılar isə həmkarlarını müdafiə edərək həmin gün yağan yağışdan sonra məhsulların çirkləndiyini bildiriblər.
Ekspertlərin fikrincə isə, bu hadisə sadəcə bir satıcının davranışı deyil, gigiyena mədəniyyəti, köhnə məişət vərdişləri və bazar şəraitinin toqquşması kimi qiymətləndirilir. Onlar qeyd edirlər ki, açıq və nizamsız bazarlarda məhsulların yağış, toz və palçıq səbəbindən tez çirklənməsi bu cür hallara təsir göstərir. Buna görə satıcıların gigiyena qaydaları ilə bağlı maarifləndirilməsi və bazarların sanitariya tələblərinə uyğun nizamlanması vacibdir.
Qeyd edək ki, Salyan bazarı şəhərin mərkəz hissəsində yerləşir və bir hissəsi avtovağzal ərazisinə, digər hissəsi isə əsas prospektin yol kənarına qədər uzanır. Bazarın nizamlı infrastrukturu olmayıb, ənənəvi rayon bazarlarına xas olan xaotik ticarət mənzərəsi diqqət çəkir.
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO










