Salyanda ferma yanıb, heyvanlar tələf olub

Salyan rayonunda iribuynuzlu heyvanların tələf olması və ot bağlamalarının yararsız hala düşməsi ilə nəticələnən yanğın baş verib. Avtosfer.az xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Qardili kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Eyyub Şikarova məxsus təsərrüfatdakı ot tayasında başlayan yanğın qısa müddətdə güclənərək ətrafda yerləşən saxlanc yerinə də keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun lokallaşdırılması lazımı tədbirlər görülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 40 başdan çox iribuynuzlu heyvan tələf olub, xeyli sayda ot bağlaması yanıb.
Faktla bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












