Şamaxıda FACİƏ: 39 yaşlı kişi öldü - YENİLƏNİB

Şamaxıda 39 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.
Hadisə aprelin 14-ü axşam saatlarında rayonun Quşçu kəndindəki fərdi yaşayış evində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Həmidov bir müddət imiş ki, tək yaşayırmış. Bir neçə il əvvəl onun atası və anası, daha sonra isə qardaşı dünyasını dəyişib. Xanbaba Həmidov ailəli olsa da, bir müddət əvvəl həyat yoldaşından boşanıb və evdə tək yaşayırmış.
Təsərrüfatla məşğul olan Xanbala Həmidov aprelin 14-də axşam saatlarında evində yatdığı yerdə boğulub. Evin qonaq otağında quraşdırılan qaz sobası yanılı vəziyyətdə qalıb, Xanbala Həmidov həmin otaqda yatıb. Gecə saatlarında otağa dəm qazı sızıb və Xanbala boğularaq ölüb. O, evdə tək olduğundan hadisədən heç kimin xəbəri olmayıb. Bir gün sonra - aprelin 15-də axşam saatlarında qonşulardan biri Xanbalaya zəng etsə də, o cavab verməyib. Qonşu Xanbalanın yaşadığı evə gəlib, evə daxil olanda onu qonaq otağında ölmüş vəziyyətdə aşkarlayıb. Qonşu bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
***10:48
Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər.
Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./oxu.az
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO












