Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ərazi təmizlənib və antisanitar vəziyyət aradan qaldırılıb.
*** 30 iyul, 17:00
Şamaxı rayonunun Dədəgünəş kəndində yerləşən Piri-Sultan Dədəgünəş türbəsinin ətrafı antisanitar vəziyyətə düşüb.
Bu barədə Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərən izləyici məlumat verib.
Görüntülərdən aydın olur ki, dini ziyarətgahın ətrafındakı yaşıllıq ərazi müxtəlif məişət tullantıları ilə zibillənib. Şikayətçinin sözlərinə görə, sözügedən ərazi Mədəniyyət Nazirliyi tərəfindən qorunan məkanlardan biridir. Lakin buna baxmayaraq, ərazidə yaranan antisanitar vəziyyət həm xoşagəlməz mənzərə yaradır, həm də ətrafa üfunətin yayılmasına səbəb olur.
İzləyici aidiyyəti qurumların məsələni nəzarətə götürərək ərazinin tullantılardan təmizlənməsini və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edir.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












