Sarıcalıdakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Ağdam rayonunda açıq ərazidə yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
***
Ağdam rayonunda davam edən yanğın zamanı mina partlayışları yanğınsöndürənlərin işinə ciddi maneə yaradır.
Yanğının yayıldığı, hələ tam təmizlənməmiş ərazilərdə yüksək temperaturun təsiri nəticəsində minalar partlayır.
Mina təhlükəsi səbəbindən yanğının söndürülməsi istiqamətində aparılan əməliyyatlar çətinləşib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə yanğının qarşısının alınması üçün tədbirləri davam etdirirlər.
***
Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb./qafqazinfo
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












