Saxlanılan “jurnalistlər” 130 min manat ödəyib azadlığa buraxılıb - İDDİA

“Jurnalist adı altında reketlik etmək”də ittiham olunan Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir. Avtosfer.az xəbər verir ki, jurnalist Ülviyyə Alovlunun yaydığı məlumata görə, adıçəkilən şəxslər Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıldıqdan sonra zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 130 min manat məbləğində təzminat ödəyiblər. Məlumata əsasən, onların barəsində məhkəmə baxışı keçirilib. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıblar. Qeyd olunub ki, çoxsaylı müraciətlər əsasında adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – təkrarən hədə-qorxu ilə tələb etmə faktı üzrə cinayət işi başlanılıb. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












