Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.
Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.
H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər "başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.
Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













