Səhər mən duranda bu xəbər olmasın - VİDEO

Amnistiya aktı qərarı ləğv edilən və özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva medianı təhdid edib. Yanvar ayında Bakıda fəaliyyət göstərən “Dr. Elnara” MMC-nin rəhbəri Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilmişdi.
Avtosfer.az xəbər verir ki, Ajans.az xəbər portalı olaraq bu məlumatı sosial şəbəkə hesabında və saytında paylaşmışdı. Həmin rəsmi qərarın paylaşılmasından sonra Elnarə Rzayeva tərəfindən “Siz bu xəbəri silməsəz, sabah sizin səhifənizi şikayət edib ömürlük bağlatdıracam. Sabah mən duranda bu xəbər olmasın” məzmunlu təhdid mesajı göndərilib.
Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdi.
Prezident tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı Elnarə Rzayevaya da şamil olunmuşdu. Lakin bir müddət sonra həmin qərarda dəyişiklik edilib və Elnarə Rzayevaya tətbiq olunan amnistiya aktı ləğv olunub.
Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda fəaliyyət göstərən “LBC” estetik kosmetoloji klinikalarının idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi onun barəsində ekspertiza təyin etmişdi.
Ajans.az hazırda kosmetoloq kimi fəaliyyət göstərən Elnarə Rzayevanın lisenziyasının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən cavabda bildirilib:
“Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə və Nazirliyin Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalara dair məlumat bazasında Rzayeva Elnarə Ramiz qızının “dermatologiya” ixtisası üzrə kosmetoloji tibbi fəaliyyətlə məşğul olmaq üçün nə müvafiq təhsilə, nə də fərdi sahibkar kimi həmin fəaliyyət növü üzrə lisenziyaya malik olması müəyyən edilməyib.”
Ajans.az onlara qarşı təhdid mesajları göndərən bu şəxslə bağlı qanuni tədbir görülməsi üçün DİN və Baş Prokurorluğa müraciət edəcəklər.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO













