Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti hakim icraatına verilib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, iş materialı bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub.
Şikayət araşdırılması üçün hakim Əfqan Ələkbərovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00-da Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












