Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub.
Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək.
Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Təqsirləndirilən şəxslər cəzaları bitdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.
Xatırladaq ki, ötən il avqustun 17-də üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Onların avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












