Şəhidlər xiyabanında qeyri-etik video çəkən ərəblərdən biri polis imiş

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammada hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir.
Daha sonra onların Azərbaycan xalqına, eləcə də, şəhid ailələri və qazilərə etdiyi müraciət məhkəmədə elan olunub.
Hər 3 şəxs müraciətində bildirib ki, onlar olduqları yerin mahiyyətini dərk etmədiyindən bu hərəkətə yol veriblər.
"Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik".
Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da, saat 17:00 radələrində Şəhidlər Xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri etik hərəkətlər ediblər. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












