Sərnişin avtobusunun qara tüstü buraxması narazılıq yaratdı - VİDEO - YENİLƏNİB

Bakıda Mərdəkan şosesində hərəkət edən avtobusun aşırı dərəcədə qara tüstü buraxması ilə bağlı rəsmi açıqlama verilib.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı tərəfindən sözügedən avtobus xətdən kənarlaşdırılıb və təmir üçün qaraja göndərilib.
***14:54
Bakıda avtobusun qara tüstü buraxaraq hərəkət etməsi narazılıq yaradıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd edilib ki, Mərdəkan şosesində hərəkətdə olan, 77-ZF-339 dövlət qeydiyyat nişanlı, 340 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunun havaya qatı qara tüstü buraxaraq hərəkət etdiyi müşahidə edilib.
Bildirilib ki, avtobusun qatı qara tüstü buraxaraq hərəkət etməsi arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaqla yanaşı ətraf mühitə də ziyan vurur.
"Biz karbon emissiyasını azaltmağı öhdəmizə götürmüşdük. İnfrasturukturu yeniləyir, "yaşıl nəqliyyata" keçirik. İnkişaf etmiş ölkələrin iri şəhərlərində mühərriki nasaz, bu cür qalın qara tüstü buraxan və emissiya tələblərinə cavab verməyən avtobusların xəttə buraxılması yolverilməz hesab olunur. Bu cür nasaz maşınlar şəhərin havasını korlayır, insanların səhhətində çoxsaylı problemlər yaradır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












