Sərnişin təyyarəsi 10 dəqiqə pilotsuz uçdu

Almaniyada pilotlardan biri kabinəni tərk edərkən, digəri isə huşunu itirəndə sərnişin təyyarəsi müvəqqəti olaraq havada idarəetmədən çıxıb. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.
Hadisə ötən il fevralın 17-də baş verib, lakin ictimaiyyətə yenicə məlum olub. Məlumata görə, Lufthansa Airbus A321 təyyarəsi Frankfurtdan İspaniyanın Sevilya şəhərinə uçarkən 10700 metr yüksəklikdə gözlənilməz hadisə baş verib. İspaniya Hava Qəzalarının Təhqiqat Komissiyasının dərc olunmuş hesabatına görə, ekipajın kapitanı tualetə baş çəkmək üçün kabinəni tərk edib. Bundan dərhal sonra ikinci pilot, ehtimal ki, səhhətində yaranan hansısa problem nəticəsində qəfil huşunu itirib. Avtopilot sistemi təyyarəyə nəzarəti ələ keçirsə də, təyyarə yenə də öz kursundan bir qədər kənara çıxıb. Bir müddət təyyarənin kapitanı kabinəyə qayıda bilməyib, çünki ikinci pilotun girişi təsdiqlənmədən qapı açılmayıb. Xoşbəxtlikdən səkkiz dəqiqədən sonra ikinci pilot özünə gəlib və qapını kapitan üçün açıb. Bundan sonra ekipaj Madridə təcili eniş etmək qərarına gəlib. Hava limanında ikinci pilot dərhal həkimlərə təhvil verilib. Sonradan məlum olub ki, huşun itirilməsinin səbəbi əvvəllər diaqnoz qoyulmamış nevroloji xəstəlikdir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












