Sərnişinlə "BakuBus" sürücüsü arasında mübahisə - VİDEO - YENİLƏNİB

Bakıda avtobusda sürücü ilə sərnişin arasında yaranan mübahisəyə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 11:30-da "BakuBus" MMC-nin istismarında olan 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib:
"Sərnişin sürücüdən dayanacaqdan kənar ərazidə saxlamasını tələb edib. Sürücü isə mövcud qaydalara əsasən marşrut avtobuslarının yalnız təyin olunmuş dayanacaq məntəqələrində saxlaya bildiyini izah edib.
Qeyd edək ki, müntəzəm marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və sərnişinlərin minib-düşmələri yalnız xətt üzrə müəyyən edilmiş dayanacaqlarda təmin edilir.
İctimai nəqliyyatdan istifadə edən bütün sərnişinlərdən mövcud qaydalara riayət etmələrini xahiş edirik".
***11:06
Bakıda "BakuBus" sürücüsü ilə sərnişin arasında çəkişmə yaşanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, mübahisə Ağ Şəhər yaxınlığında, 4 nömrəli marşrut avtobusunda baş verib.
Mübahisəyə sərnişinin avtobusu dayanacaqdan kənar yerdə dayandırmaq istəməsi səbəb olub.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












