Sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi

Sumqayıt-Bakı istiqamətində hərəkət edən 500 nömrəli marşrut avtobuslardan birinin sürücüsü ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-a danışan sərnişin bildirib ki, 16:45-də Sumqayıtdan yola çıxan avtobusu sürücü 16:51-də Nəriman Nərimanov küçəsi 40 ünvanındakı dayanacaqda saxlamayıb.
Şikayətçinin sözlərinə görə, nəticədə sərnişinlər 20 dəqiqəyə yaxın müddətdə soyuq havada gözləməli olublar.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü əməlini etiraf edib və ona xəbərdarlıq olunub:
"Monitorinq Mərkəzinin apardığı araşdırma nəticəsində sürücünün Sumqayıt şəhəri, "Nizami" kinoteatrının qarşısında yerləşən dayanacaqda avtobusu saxlamaması faktı təsdiqini tapıb. Sözügedən sürücü aidiyyəti struktur bölmə tərəfindən dəvət olunaraq izahatı alınıb və barəsində intizam tənbehi tədbiri görülərək xəbərdarlıq edilib. Eyni zamanda sürücü ilə marşrut üzrə dayanacaq qaydalarına daha diqqətlə riayət etməsi barədə profilaktik söhbət aparılıb.
Qeyd edirik ki, "BakuBus" MMC sərnişinlərdən daxil olan müraciət və şikayətləri hər zaman obyektiv şəkildə araşdırır və sərnişin məmnuniyyətinin təmin edilməsini prioritet kimi qəbul edir".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












