Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı

Vətəndaşın sərxoş olmasından istifadə edərək ona yardım təklifi ilə oğurluq edən şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə mühakimə edilən Zaur Quliyev (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, zərərçəkmiş L.Bayramzadə "Hiss” əyləncə klubundan sərxoş vəziyətdə çıxaraq özünə məxsus "Jeep Compas” markalı avtomobilin yanından dayanıb. Həmin vaxt əradan keçən Zaur Quliyev ona yaxınlaşaraq yardım təklif edib. L.Bayramzadə ayıq sürücü gözlədiyini deyib. Zaur Quliyev isə onu avtomobili ilə evinə çatdıra biləcəyini söyləyib. L.Bayramzadə razılaşıb. O, avtomobildə yatarkən Zaur Quliyev maşından 4500 manat pul götürüb.
L.Bayramzadə hadisədən xəbər tutandan sonra polisə şikayət edib. Zaur Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












