Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Namiq İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttiham aktına əsasən, hadisə 2025-ci ilin aprel ayında saat 18 radələrində Quba rayonunun Vəlvələ kəndində, Bakı-Quba avtomobil yolunun kənarında yerləşən kafelərdən birində baş verib.
Belə ki, Namiq İslamov əvvəllər tanıdığı zərərçəkmiş Qalib Mürşidovla (adı, soyadı şərtidir) sözügedən kafedə yeyib-içib. Daha sonra onlar kafedən çıxaraq təqsirləndirilən şəxsə məxsus "Opel" markalı avtomobilin yanına gəliblər.
Zərərçəkmiş şəxs Namiq İslamovun sərxoş olduğunu nəzərə alaraq ona bu vəziyyətdə avtomobil idarə etməməyi, əvvəlcə bir stəkan çay içərək özünə gəlməyi təklif edib. Təqsirləndirilən şəxs bu təklifi bəhanə edərək heç bir əsaslı səbəb olmadan Qaliblə mübahisəyə başlayıb, ona əl-qol ataraq dava salıb. Dava-dalaş zamanı Namiq üzərində olan bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə bir dəfə zərbə vurub.
İş materiallarında göstərilib ki, Qalibin qarnının ön hissəsinin sol tərəfində yaranan deşilmiş-kəsilmiş yara qarın boşluğuna nüfuz edib. Xəsarət nəticəsində mədənin arxa divarı, böyük piylik və köndələn bağırsağın müsariqəsi zədələnib.
İbtidai istintaq orqanının qənaətinə əsasən, təqsirləndirilən şəxs bu hərəkəti xuliqanlıq niyyəti ilə törədərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurub.
Hadisədən sonra Namiq İslamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ceyranbatanda dəhşətli hadisə: Məktəblilər xəstəxanalıq oldu
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












