Sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı - Açıqlama

Paytaxtda yerləşən 275 nömrəli tam orta məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar səsləndirilib.
İddialara əsasən, şagird ölümlə təhdid etdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 “d” sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb.
“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqda valideynə məlumat verilib. Bununla yanaşı, şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, - açıqlamada vurğulanıb.
Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












