Siqaret qara bazarına nəzarət edənlər - Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu

Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən əməliyyatlarda milyonluq qaçaqmalçılıqla bağlı yeni detallar üzə çıxıb.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, 29 may 2025-ci il tarixində Ələt dəniz limanında 3 "KamAZ" yük avtomobili saxlanılıb. Avtomobillərdə Azərbaycan nişanı olmayan, ümumi dəyəri 1 milyon 148 min manat olan 873 mindən çox qutu tütün və penoplast tapılıb.
Əməliyyat zamanı İsmayılov Vüqar Təvabil oğlu saxlanılıb. O, malların "Elgün" adlı şəxsə məxsus olduğunu və gəmi ilə Ələt sahilinə gətirildiyini bildirib.
Elgünün qohumları da istintaqa cəlb olunub. Bacısının əri Heydərov Şahin Asif oğlu KamAZ yük avtomobilini idarə edib, qardaşı Nəzərov Emin Rızaqulu oğlu isə bir müddət əvvəl saxlanılıb. Elgünün özü isə axtarışdadır.
İran vətəndaşı Əlirza qaçaqmalçılıq marşrutunun qurulmasında iştirak edib və hadisədən təxminən 2 ay sonra Cəlilabad rayonunda saxlanılıb.
Mallar Xəzər dənizi vasitəsilə ölkəyə gətirilib, sonra Ələt və Hövsan limanları ərazisində daşınıb və satış üçün hazırlanıb.
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş Cəbrayıl Usubovun oğlu Fərid Usubov da saxlanılanlar sırasındadır. O, Hövsan məntəqəsinin rəisi vəzifəsində çalışıb. Fərid Usubovun vəzifədən kənarlaşdırılmasına səbəb bu ilin iyununda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. DGK sədri Şahin Bağırov onun sərəncama götürülməsi barədə əmr verib və daha sonra həbs olunub.
Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Tural Muradovdur. O, tanınmış müğənni İlqar Muradovun oğludur.
Yasamal Rayon Məhkəməsi 31 may 2025-ci il tarixində İsmayılov Vüqar barəsində 4 ay həbs qərarı verib.
Hazırda cinayət işi üzrə istintaq davam edir. Nəzərov Elgün Rızaqulu oğlu 8 aydır axtarışdadır. Evi və gedə biləcəyi bütün ehtimal olunan yerlər nəzarətdə saxlanılır. Elgün tapılsa daha çox həbslərin olacağı ehtimal edilir. Hansı ki, onlar uzun müddət siqaret "qara bazar"ına nəzarət ediblər.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












