Siyəzəndə körpü uçdu - VİDEO - YENİLƏNİB

Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar müvafiq işlərin görülməsinə başlanılıb.
Bu barədə Siyəzən Rayonu İcra Hakimiyyətindən məlumat verilib.
"Rayon İcra Hakimiyyəti tərəfindən uçmuş körpü ilə əlaqədar ölkə rəhbərliyinə operativ məlumat verilib, bundan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmiləri tərəfindən əraziyə baxış keçirilib. Hazırda ərazidə "2 saylı Yol İstismar idarəsi" MMC fəaliyyət göstərir", - deyə məlumatda vuğulanır./oxu.az
***
"Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür".
Bunu açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunublar və müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - deyə A.Nəcəfli bildirib./oxu.az
***11:00
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən-Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












