“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO

Şəmkir rayonundan Gədəbəy istiqamətində uzanan avtomobil yolunda ciddi problemlər yaşanır.
Avtosfer.az xəbər verir ki, yolda yaranan vəziyyətlə bağlı jurnalist İradə Aytel öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, sözügedən yol həm Şəmkir rayonunun bir sıra kəndlərini, həm Gədəbəy rayonunu, həm də ərazidə yerləşən Mərkəzi Xəstəxanaya gedən əsas nəqliyyat marşrutlarından biri olsa da, hazırda bərbad vəziyyətdədir.
Jurnalistin sözlərinə görə, yolun örtüyü tamamilə yararsız hala düşüb, dərin çuxurlar və dağılmış hissələr nəqliyyatın hərəkətini çətinləşdirir. Bu isə təkcə sürücülər üçün deyil, eyni zamanda təcili tibbi yardım və digər operativ xidmətlərin fəaliyyətində də ciddi problemlər yaradır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək heç bir əsaslı təmir işləri aparılmayıb. Jurnalistin sözlərinə görə, xüsusilə yağışlı havalarda yol daha da keçilməz vəziyyətə düşür.
İradə Aytel Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edərək yolun nə vaxt təmir olunacağı ilə bağlı sual ünvanlayıb. O, rayon rəhbərliyinə kinayəli sual da ünvanlayaraq, icra başçısının rayon ərazisində yoxlamalara vertolyotla çıxb-çıxmadığını soruşub.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












