Skuterlə əks yola çıxan məktəbli avtomobillərin üzərinə sürdü, son anda… - VİDEO

Paytaxtın Molla Pənah Vaqif küçəsində təhlükəli vəziyyət qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 6-da saat 11:27 radələrində baş verib. Görüntülərdən məlum olur ki, skuterlə hərəkətdə olan yeniyetmə qəfil əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət edib. Bu zaman yolda ciddi təhlükəli vəziyyət yaranıb.
Kadrlarda görünür ki, həmin anda qarşı istiqamətdə hərəkət edən sürücü operativ reaksiya göstərərək avtomobili vaxtında saxlayıb. Bununla da baş verə biləcək qəzanın qarşısı alınıb.
Qeyd edək ki, xüsusilə son dövrlər skuterlərdən istifadə edən yeniyetmələr arasında yol hərəkəti qaydalarına laqeyd yanaşma halları artıb. Əks istiqamətdə hərəkət isə ən təhlükəli qayda pozuntularından hesab olunur. Belə hallarda sürücülərin ani qərar vermək üçün vaxtı minimuma enir və kiçik bir ehtiyatsızlıq faciə ilə nəticələnə bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












