Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü N.Zeynalov müəyyən olunaraq saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Araşdırmalar davam etdirilir.
***
20:24
***
Bakıda sürücü şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyüb.
Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu Xocalı prospekti 29 ünvanında baş verib. Tanınmış prodüser İlkin Həsəninin Avtosfer.az-a verdiyi məlumata görə, “Mercedes” markalı, 99-ZN-800 dövlət nömrə nişanlı avtomobilin Nəriman adlı sürücüsü martın 1-i məhəllənin girişindəki şlaqbaumu qıraraq həyətə daxil olub. Bu gün isə ərazidə şlaqbauma nəzarət edən 66 yaşlı mühafizəçini döyüb.

Səbəb kimi isə onu göstərib ki, mühafizəçi şlaqbaumu gec açıb. Ətrafdakı insanların müdaxiləsindən sonra dava sakitləşdirilib. Lakin videodan da aydın olduğu kimi, “Mercedes”in sürücüsü mühafizəçiyə ciddi xəsarətlər yetirib. Sakinlərin bildirdiyinə görə artıq Xətai Rayon Polis İdarəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Səfər
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












