Son bir gündə 34 polis əməkdaşı xəsarət alıb

“Hər şeyi bloklayın” şüarı altında hökumətin siyasətinə qarşı keçirilən nümayişlər Fransada 200 minə yaxın insanı cəlb edib. Avtosfer.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, sentyabrın 10-da keçirilən etiraz aksiyaları günü bütün ölkə üzrə 675 nəfər, o cümlədən Parisdə 280 nəfər həbs edilib, 549 nəfər isə nəzarətə götürülüb.
Nəticədə 34 polis əməkdaşı - 19 milli polis, 14 Paris polis idarəsinin əməkdaşı və 1 jandarm yüngül xəsarət alıb.
Fransanın daxili işlər naziri Bruno Retayo sentyabrın 10-da axşam keçirdiyi mətbuat konfransında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə boyu müxtəlif obyektlərin, o cümlədən yol qovşaqlarının və anbarların “blokadasını açmaq” üçün 50-yə yaxın əməliyyat keçirməyə nail olublar. Onun fikrincə, hakimiyyət “ölkəni bloklamaq istəyənlərin uğursuzluğa düçar olmasına nail ola bilib”.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












