Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ 

Hadisə 27 İyul 2026 09:46
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ 
WhatsApp kanalımıza abunə olun

Tarix: 13 iyun 1974

Azərbaycan SSR-də insanlar adi yay günlərini yaşayırlar. Məktəblər 2 həftə əvvəl tətilə çıxıb, abituryentlər imtahana hazırlaşırlar. Şəhər və kəndlərdə həyat qaynayır: Bakıda yeni yaşayış zonalarının tikintisi sürətlənir, rayonlar isə Xəzərin o tərəfindəki respublikalarla sosializm yarışına çıxıb. Belə bir gündə Sovet Azərbaycanında yaşayanların görüb-eşitmədiyi helikopter qəzası baş verir. Azərbaycana məxsus helikopter minlərlə kilometr uzaqda qəzaya uğrayır. O dövrün qəzetlərində isə bu barədə bircə cümlə belə yoxdur. Avtosfer.az rusdilli arxiv materialları əsasında qəza barədə məlumat əldə edib. 

Azərbaycan SSR-in Zabratda dislokasiya olunmuş 109-cu aviadəstəsinin heyəti bir neçə gün əvvəl kömək üçün sibirə ezam olunubmuş. Heyət Mi-8 helikopterinə yanacaq doldurmaq üçün saat 07.00-da Surqutdan Neftetuqanska uçur. Məqsəd Uralelektrosetstroyun mexaniki dəstəsinə texniki kömək idi. Eniş saat 07.13-də həyata keçirilir.

Yanacaq doldurduqdan sonra pilotlar sifarişi icra etməyə başlayırlar. Təyyarə 13 böyük sərnişinlə yanaşı, 3 körpə də götürülür. Helikopter Köhnə Surquta enməli idi. Bütün sərnişinlərin biletləri vardı. Uçuş üçün hava şəraiti ideal idi.

Uçuşa icazə alan heyət 20 metr yüksəklikdə mühərrik hissəsində güclü taqqıltı eşidir. Rabitə sıradan çıxır. Bortmexanik yük bölməsində alov, mühərrik hissəsində isə qatı tüstü görür. Komandir dərhal enməyə qərar versə də, mümkün olmur. Birbaşa eniş yerdə gözləyən onlarla insanı öldürə bilərdi.  Pilot maşını 30 metr sola çəkməyə nail olsa da, salonu qəflətən tüstü bürüyür və heç nə görünmür. Pilot başını pəncərədənçıxararaq yeri görməyə şalışır eyni vaxta sola əyilən maşını düzəltmək istəsə də, alınmır. Sol tərəfi üstə uçuş zolağına çırpılan helikopter alışır. Heyət üzvləri pəncərədən çıxaraq sərnişinləri xilas etməyə çalışırlar. Lakin şüşəni qıraraq yalnız 1 qadını və qucağındakı körpəni qurtarmaq mümkün olur. Alovun şiddətindən maşına yaxın getmək mümkün olmur. 3 heyət üzvü, ana və körpəni yaxınlıqdakı adamlar xəstəxanaya çatdırır. 16 sərnişindən 14-ü yanaraq can verir. Qəzada heyətin bütün üzvləri və 2 sərnişin daxil 5 nəfər xilas olur.

Şahidlərin ifadələrinə görə, helikopter yerdən ayrılarkən turbinlərdən alov çıxırmış. Bundan başqa, bir neçə detal qoparaq böyük sürətlə kənara atılıb. Enmək istəyən helikopter 300 metr gedərək yerə çırpılıb və alışıb.

Qəzaya səbəb kimi 1969-cu il istehsalı olan helikopterin turbinində dişli çarxların qırılması nəticəsində mühərriklə reduktor arasında əlaqənin itməsi göstərilir. Bu nasazlığa sovet aviasiyası tarixində ilk dəfə rast gəlinib.

Vüqar Yaşaroğlu

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh