Sumqayıtda “gecə əməliyyatı” – Qanunsuzluq davam edir – VİDEO

Sumqayıt şəhərində piyada səkilərinin zəbt edilməsi problemi yenidən gündəmə gəlib və bu dəfəki hadisə sakinlərin ciddi narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, şəhərin mərkəzi hissələrindən biri olan Sülh prospektinin 1-ci mikrorayondan keçən hissəsində piyadaların intensiv istifadə etdiyi səki hissəsi qəfildən bağlanıb. Məlumata görə, ərazidə iri bir obyekt quraşdırılıb ki, bu da sakinlərin hərəkətini tamamilə məhdudlaşdırıb. Hadisənin ən çox şübhə doğuran məqamı isə işlərin görülmə vaxtıdır. Tikinti və quraşdırma işlərinin məhz gecə saat 01:00 ilə 03:00 aralığında, əhalinin yatdığı vaxtda sürətlə icra edilməsi sakinlərdə bu fəaliyyətin qanunsuz olduğu barədə ciddi suallar yaradıb. İnsanlar piyada yolunun bu cür “gecə əməliyyatı” ilə zəbt olunmasını qanunsuzluq kimi qiymətləndirirlər. Məsələ ilə bağlı bir neçə dəfə müxtəlif yazılar dərc edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi sorğular ünvanlansa da, hər dəfə bu sorğularımız cavabsız qalıb./nocommentaz
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












