Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü cəzalandırıldı

Sumqayıtda gənc qızı maşına mindirməyə çalışan kişi məsuliyyətə cəlb olunub. Avtosfer.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə Saray yolunda, daş bazarı adlanan ərazidə qeydə alınıb. 50 yaşlı Məzahir Fərhadov (ad və soyad şərtidir) axşam saat 21 radələrində özünə məxsus “Changan” markalı avtomobillə Saray qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol kənarında bir qadının dayandığını görüb. O, yağışlı havada pəncərəni endirərək qadını avtomobilə dəvət edib. Qadın isə “çox sağ olun” deyərək imtina edib. Buna baxmayaraq Məzahir təkid edib. Qadının sözlərinə görə, əlacsız qalıb həyat yoldaşına zəng edib ki, Məzahir onun telefonla danışdığını görüb əl çəksin. Lakin bu da əhəmiyyətsiz olub. Qadın yalnız avtobusa mindikdən sonra Məzahir oradan uzaqlaşıb. Bu əməlinə görə, M.Fərhadov zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. Fərhadov bildirib ki, həmin əraziyə başqa bir qadından sənəd götürməyə gedib. Onun sözlərinə görə, danışdığı qadın da yolun kənarında dayandığı üçün onu zərərçəkənlə səhv salıb.
Məzahir Fərhadov dəfələrlə həmin qadından və ərindən üzr istədiyini bildirib. O, əminliklə qeyd edib ki, qadını maşına mindirmək və tanış olmaq niyyəti olmayıb. Məhkəmə araşdırması zamanı Məzahirin xırda xuliqanlıq etməsi tam sübuta yetirilib. Qeyd olunub ki, onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Məhkəmənin qərarı ilə M. Fərhadov 100 manat məbləğində inzibati qaydada cərimələnib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












